Bu gün basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, 1 oyundan ibarət olan bu mərhələdə hər iki matç Bakı İdman Sarayında baş tutub.
Finala adlayan NTD və "Gəncə" martın 30-da həlledici matçda üz-üzə gələcəklər.
Azərbaycan Kuboku, yarımfinal
16:00 NTD - "Neftçi" 86:83 (20:21; 27:21; 18:27; 21:14)
Bakı İdman Sarayı
19:00 "Naxçıvan" - "Gəncə" 80:86 (14:20; 19:22; 24:19; 23:25)
Bakı İdman Sarayı