Bu gün Baaketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, 1/4 finalın son oyununda "Sabah" və "Neftçi" qarşılaşıb. Matç Bakı İdman Sarayında keçirilib. Beləliklə "Neftçi" yarımfinala vəsiqə qazanan sonuncu komanda olub. Daha əvvəl "Gəncə", "Naxçıvan", NTD komandaları yarımfinala vəsiqə qazanmışdı. 

Qeyd edək ki, yarımfinalda "Neftçi" NTD ilə, "Gəncə" isə "Naxçıvan"la üz-üzə gələcək.

19:00 "Sabah" - "Neftçi" 81:85 (21:17; 21:32; 16:21; 23:15)

Bakı İdman Sarayı