Azərbaycan Basketbol Liqasının XV turuna bu gün yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turun son qarşılaşması B qrupunda baş tutub. "Şəki" Şəki Olimpiya İdman Kompleksində "Lənkəran"ı məğlub edib.

14 tur sonra 26 xal toplayan "Şəki" "Gəncə" və "Ordu" ilə birlikdə B qrupunda liderliyini davam etdirir.

ABL, XV tur

1 mart

"Şəki" - "Lənkəran" 81:75 (20:11; 23:21; 15:26, 23:17)

Şəki OİK