ABŞ-ın qadın basketbolçulardan ibarət yığmasının üzvü, əfsanəvi Dayana Taurazi karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, 42 yaşlı idmançı xarüqələr yaratmaq, yeni rekordlar müəyyənləşdirmək üçün gücünün tükəndiyini bildirib.

"Artıq bu ilin yanvarında hiss etdim ki, gücüm qalmayıb. Məhz onda başa düşdüm ki. getmək vaxtıdır. Uğurlardan doymuşam və özümü xoşbəxt hiss edirəm" - deyə Taurazi bildirib.

Qeyd edək ki, qeyri-adi istedada malik olan müdafiəçi komanda idman növlərində altıqat yeganə idmançıdır. O, Afina-2004, Pekin-2008, London-2012, Rio-de-Janeyro-2016, Tokio-2020 və Paris-2024 olimpiadalarında qızıl medal qazanıb. Dayana, həmçinin 3 dəfə dünya çempionu tituluna yiyələnib.