Basketbol üzrə Azərbayan çempionatında 18 günlük fasilə başa çatıb.

Offsideplus.az xəbər verir ki, bu gün yarışda XV tura start verilib.

Günün yeganə oyunu Bakı İdman Sarayında "Neftçi" və "Abşeron" komandaları arasında keçirilib. 

A qrupunun turnir cədvəlində 20 xalla 3-4-cü yerləri tutan tərəflərin görüşündə gözlənilməz nəticə qeydə alınıb. Qarşılaşmada böyük fasiləyə qədər bərabər səviyyəli mübarizə getsə də, "Neftçi" 3-cü periodda matçın taleyini həll edib. Sonadək özünə gələ bilməyən "Abşeron" böyük fərqli məğlubiyyətlə barışıb - 56:80.

Qələbə sayəsində "Neftçi" 3-cü pilləyə yüksəlib.

Turun digər görüşləri fevralın 27, 28-də və martın 1-də baş tutacaq.

Azərbaycan çempionatı, XV tur

"Neftçi" - "Abşeron" 80:56 (19:18; 20:14; 23:9; 18:15)