NBA ulduzu, Şərq zonasında yarışan Milwaukee Bucks klubunun üzvü Bobbi Portis ağız cəzaya məruz qalıb.
Offsideplus.az xəbər verir ki, basketbolçu antidopinq proqramının qaydalarını pozduğuna görə 25 oyunluq diskvalifikasiya edilib.
Portisin agenti Mark Bartelşteyn hadisənin təsadüf nəticəsində baş verdiyini söyləyib. O, idmançının qadağan olunmuş ağrıkəsici dərmanı digər preparatla səhv saldığını bildirib.
Qeyd edək ki, Portis Milwaukee Bucks-in heyətində cari mövsüm 44 matça çıxıb, orta hesabla hər oyunda 13,6 xal yığıb. Onun komandası Şərq zonasında 5-ci pillədə qərarlaşıb.