Komandada olan mənbənin verdiyi məlumata görə, maliyyə olmadığından klubun oyunçuları və digər heyəti üç aydır ki, maaş almır.
Offsideplus.az xəbər verir ki, “Xarı Bülbül Şuşa” bu səbəbdən avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın “Panatinaikos” komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib.
Yalnız Azərbaycan Voleybol Federasiyası bir ayın maaşını ödəməyi boynuna götürdükdən sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.
Noyabrın 29-da Yunanıstanda baş tutacaq oyun üçün təyyarə biletləri Azərbaycan Voleybol Federasiyasının hesabına alınıb.
Belə bir ciddi və əhəmiyyətili məqamda Azərbaycanın ən həssas nöqtəsi olan Şuşa şəhərinin şərəfinə yaradılmış və "Xarı Bülbül Şuşa" adlandırılan klubun dağılması Azərbaycan idmanı və Azərbaycan cəmiyyəti üçün böyük itki deməkdir. Məlumat üçün qeyd edək ki, klubun tərkibində bir sıra xarici ölkələrdən dəvət edilmiş oyunçular var.
Qeyd edək ki, “Xarı Bülbül Şuşa” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” klubunu Bakıda keçirdiyi hər iki oyunda məğlub etməyi bacarmışdı.
Bəs Azərbaycanda idmana güclü Dövlət dəstəyinin olduğu bir zamanda Şuşanın şərəfinə yaradılan klubun dağılması imlərin xyrinə işləyə bilər? Təbii ki, bu Azərbaycanı istəməyən,Azərbaycanın regionda artan gücünü və möhtəşəm Qarabağ zəfərindən sonra ölkəmizin uğurlarını həzm də bilməyən qüvvvələrin bir növ sevincinə səbəb ola bilər. "Xarı Bülbül Şuşa " komandası volybol klubundan əlavə həmçinin bizim üçün beynəlxalq aləmdə bir növ siyasi açar rolunu da oynayır. Çünki işğalçı Ermənistan 30 il ərzində Azərbaycanın qədim şəhəri olan Şuşanın tarixi adını saxtalaşdıraraq beynəlxaq aləmdə "Şuşi" kimi təqdim edirdi. Bütün bu hadisələrin fonunda bizim üçün böyük təbliğat maşınına çevrilən "Xarı Bülbül Şuşa" komandasının dağılması həm də bizim düşmənlərin svinməsi deməkdir. Biz ümid edirik ki, qeyd olunan xoşagəlməz hadisə ilə bağlı tezliklə müsbət nəticə əldə olunacaq.
Oxu24.com kollektivi Vətəni,Dövləti,İdmanı və ən ənsası Şuşanı sevən,onun alınması günü Qurban kəsən bir kolllektiv kimi ölkə rəhbərliyindən və hörmətli Mehriban xanım Əliyevadan məsələ ilə bağlı köməkli göstərilməsini xahiş edir. Çünki Azərbaycan idmanı hər zaman Azərbaycan Dövlətinin dəstəyini görüb.
Məlumat üçün qeyd edək ki,peşəkar voleybolçulardan ibarət klubun yaradılmasında əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir.
Komandanın hədəfi Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbülü beynəlxalq arenada tanıtmaq, daşıdığı formanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir.
Qeyd edək ki, klubun təsisçisi beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi, eyni zamanda komandanın kapitanı İlqar Tofiq oğlu İmamquliyev, baş məşqçisi isə Ziya Rəcəbovdur.