18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan yığma komandası Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında son oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Şahin Çatmanın çalışdırdığı kollektiv Gürcüstanla üz-üzə gəlib.
Dauqavpils şəhərində keçirdiyi əvvəlki 5 matçında Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya 0:3 hesabı ilə məğlub olan yığma bu dəfə də eyni ssenari ilə üzləşib. Gürcüstan hər üç setdə yığmamızı üstələyib. – 3:0 (25:11, 25:9, 25:12).