Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Offsideplus.az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında CEV Kubokunun 1/16 finalının cavab qarşılaşmasına supervayzer təyin olunub.
O, noyabrın 30-da İzmirdə keçiriləcək “Arkas” (Türkiyə) – “Neftohimik” (Bolqarıstan) klublarının oyununda hakimlərin işinə qiymət verəcək.
Görüşün hakimləri ingiltərəli Dominik Byeqaylo və çexiyalı Roman Marşner olacaq.
Bu komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.