18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Latviyanın Dauqavpils şəhərində Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda turnirə qatılmaq üçün Latviyaya yola düşüb.
Yığma ilk oyununu noyabrın 20-də ev sahibi Latviyaya qarşı keçirəcək. Qızlarımız noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə də üz-üzə gələcəklər.
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.