Qadın voleybolçulardan ibarət “Gəncə” komandası heyətinə yeni legioner cəlb edib.

Offsideplus.az xəbər verir ki, rusiyalı Anna Dmitrieva transfer edilib.

O, yeni mövsümdə Yüksək Liqada debüt edəcək “Gəncə” ilə birillik müqavilə bağlayıb. A. Dmitrieva ötən mövsümü ölkəsinin “Peterburq-Qaz” komandasında keçirib. O, belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında oynayacaq.

Qeyd edək ki, “Gəncə” mövsümöncəsi Azərbaycan millisinin üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.