Azərbaycan Voleybol Federasiyası uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Offsideplus.az xəbər verir ki, bu işlər çərçivəsində yeniyetmə və gənc qızlardan ibarət yığma komandaların baş məşqçisi Şahin Çatma və federasiya nümayəndələri Tovuz rayonuna səfər ediblər.

Səfər çərçivəsində yeni yaradılan Tovuz Regional Voleybol Klubunda (RVK) uşaqların məşqləri izlənilib. Uşaq və yeniyetmə idmançıların iştirak etdiyi məşqlər zamanı müvafiq kriteriyalara uyğun voleybolçuların qeydiyyatı aparılıb. Şahin Çatma və federasiya nümayəndələri həmçinin Tovuzda bir neçə orta məktəbdə olublar. Mütəxəssislər burada uşaqlarla görüşüb, onlara voleybol idman növü ilə bağlı məlumatlar verib, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıblar.

Qeyd edək ki, AVF tərəfindən mütəmadi olaraq bölgələrə bu cür səfərlər təşkil olunacaq.