Azərbaycan yığması Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında təşkil olunacaq Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, 21-25 noyabrda baş tutacaq yarışda 6 ölkənin yığması mübarizə aparacaq.

Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə üz-üzə gələcək.

AÇ-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.