Voleybol üzrə Azərbaycan yığma komandasının Avropa çempionatı üçün geniş heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Ataman Güneyligil yığmaya 17 oyunçu dəvət edib.
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova.
Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.
Oyunqurucular: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova.
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil
Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.