Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Çinin Şanxay şəhərinə yollanıb.

Offsideplus.az xəbər verir ki, komanda 4-də start götürəcək təlim-məşq toplanışında iştirak edəcək.

Avqustun 15-də başa çatacaq toplanışa məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli, və Onur Quluzadə qatılacaq.

Qeyd edək ki, yığma avqustun ikinci yarısında Fransanın Strasburq şəhərindəki Avropa çempionatında da mübarizə aparacaq.