Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan stolüstü tennis üzrə "Top-8" ölkə turniri keçirilib.
Offsideplus.az xəbər verir ki, "Şüa" idman kompleksində təşkil olunan yarışda Azərbaycanın ən güclü tennisçiləri mübarizə aparıblar.
Şəxsi xarakterli turnirdə kişilərdən Adil Əhmədzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Xəyal Həşimli, Hilal Həsənov, Rüstəm Hacılı və Əliverdi Şahgəldiyev, qadınlardan isə Məryəm İmanova, Mərziyyə Nurmətova, Rüfət Əliyeva, Aylin Əsgərova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova və Billurə Eminova bacarığını göstərib.
Finalda Adil Əhmədzadəni məğlub edən Hilal Həsənov baş mükafata layiq görülüb. Vəzir Allahverdiyev üçüncü yeri tutub. Qadınların final qarşılaşmasında isə Mərziyyə Nurmətovaya qalib gələn Məryəm İmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk "3-lüy"ü Aylin Əsgərova qapayıb.
Qeyd edək ki, turnirin mükafatçılarına Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və qiymətli hədiyyələri təqdim olunub.