Türkiyənin Antalya şəhərində keçiriləcək “Pro-Tur” yarışında yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi də iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, qadınlardan ibarət millimiz martın 19-dan 22-dək qadınlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.
Oğlanlardan isə Antalya sınaqlarına martın 22-də qatılacaqlar. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.