Qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü Vüsalə Seyfəddinova Türkiyədə klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Adana İdmanyurdu"ndan "Amedspor"a keçib. Anlaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, "Amedspor" Super Liqanın B qrupunda çıxış edir. Komanda mövsümün ilk yarısını 5-ci yerdə başa vurub.