Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.
Offsideplus.az-ın məlumatına görə, A qrupundakı ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə uduzan Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağında Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
Milli komandamız ikinci matçında da heç bir set qazanmadan rəqibinə məğlub olub - 0:3 (14:25, 23:25, 17:25)
***
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.
Avropa çempionatı
A qrupu
20:00. Azərbaycan - Bosniya və Herseqovina