UEFA-ya üzv olan daha bir ölkədə çempion müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, “Viktoriya” Çexiya çempionatının qızıl medallarını qazanıb.
XXIX turda “Teplitse”yə 2:1 hesabı ilə qalib gələn Plzen klubu bununla da çempionluğu təmin edib. Xal hesabını 63-ə çatdıran “Viktoriya” ən yaxın izləyicisi “Slaviya”nı 7 xal qabaqlayır.
Bu, plzenlilərin tarixində 5-ci, son 4 mövsümdə 3-cü zəfəridi. “Viktoriya” bu qızıl medallarla Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2-ci yerin sahibi isə təsnifat mərhələsində oynamalı olacaq. Ötənilki çempion “Slaviya” 3 xal qabaqladığı “Yablonets”i önə buraxmamaq üçün son turda uduzmamalıdı.(apasport.az)