Hokkey üzrə gənclər arasında dünya çempionatı ikinci dəfə ləğv olunub.
Offsideplus.az xəbər verir ki, Bolqarıstan Hokkey Federasiyası koronavirus epidemiyasına görə turniri keçirməkdən imtina edib. Sofiyada B qrupunun oyunlarında 23 - 29 martda Bolqarıstan, Avstraliya, Xorvatiya Hollandiya və İspaniya komandaları iştirak etməli idi.
Təşkilatçılar, qapalı məkanlarda kütləvi tədbirlərin ləğv edilməsini tələb edən Bolqarıstan hökumətinin nəzdində koronavirusun yayılmasına qarşı mübarizə üçün böhran qərargahının tövsiyələrini qəbul ediblər.
Yarışın daha öncə fevral-mart aylarında Çində keçiriləcəyi planlaşdırılsa da, koronavirus səbəbindən Bolqarıstana köçürülməsinə qərar verilmişdi.