Amerika Milli Basketbol Liqası NBA-da "Los-Ancels Leykers"lə "Portland Treyl Bleyzers" klubları qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, "Staples Arena"da keçirilən oyunda bir neçə gün əvvəl helikopter qəzasında 13 yaşlı qızı Cici ilə birgə həyatını itirən Kobi Brayant anılıb.
Azarkeşlər arenanın çölündə şamlar yandırıb, dualar edib, çiçəklər yerləşdirilərkən, içəridə də təşkilatçılar tərəfindən işlər görülmüşdü.
"Staples Arena"da bütün oturacaqlara Kobi Brayantın forması qoyulub. Həmçinin, oyundan əvvəl anım mərasimi təşkil olunub.
Kobi Brayant və Cicinin meydanın kənarında hər zaman əyləşdiyi oturacaqlara çiçəklər və formaları qoyulub.
Kobi Brayant haqqında danışan Lebron Ceyms göz yaşlarına hakim ola bilməyib.
Bütün oyunçuların isinmə hərəkətləri zamanı 8 və 24 forma geyindikləri oyunda nə oldusa, ilk 15 dəqiqə və dövrə arasında oldu.
Kobi Brayant üçün anma mərasimi kimi təşkil olunan oyunda fasilələr zamanı şouların göstərilməsi narazılığa səbəb olub. Basketbolsevərlər təşkilatçıların bu davranışının Kobinin ruhuna hörmətsizlik kimi dəyərləndiriblər.