Cənubi Sudandan olan gənc forvard Conatan Kuminga karyerasını "Minnesota Timberwolves"da davam etdirəcək. Oyunçu klubla iki illik, ümumi dəyəri 12,4 milyon dollar olan müqaviləyə razılaşıb. Müqavilənin ikinci ili oyunçunun seçim hüququ ilə nəzərdə tutulub.
Offsideplus.az xəbər verir ki, Kuminga yeni mövsümdə əsas heyətdə meydana çıxacağına dair vəd alıb. Onun start beşliyində Entoni Edvards, Lamelo Ball, Ceyden MakDeniels və Rudi Qoberlə birlikdə oynayacağı gözlənilir. Klub hazırda Coş Qrinin transferi üçün təcili variantlar axtarır. Əgər şənbəyə qədər razılıq əldə olunmasa, Qrin heyətdən çıxarılacaq və 14,7 milyon dollarlıq bir illik müqaviləsi ləğv ediləcək. Kuminga "Minnesota"nı seçməklə "Los Anceles Leykers", "Çikaqo Bulls" və ya "Portlend"ə keçid imkanlarından imtina edib. Oyunçunun düşərgəsi gələn yay azad agent kimi bazara çıxmağı da istisna etmir.


