"Lion"un baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının təsnifat mərhələsində "Fənərbaxça" ilə cavab oyunundan sonra əvəzetmələrlə bağlı suallara sərt reaksiya verib.

Offsideplus.az xəbər verir ki, Fonsekadan qarşılaşma zamanı etdiyi dəyişikliklər və ehtiyat oyunçularının səviyyəsi barədə soruşublar. O bildirib: "Həmişə eyni sualı verirlər. Artıq buna öyrəşmişəm. Nə deyə bilərəm? Oyundan sonra danışmaq çox asandır. Ola bilsin, səbəb ondadır ki, mən zəif məşqçiyəm".

Bu oyunda ilk əvəzetmələr 62-ci dəqiqədə baş tutub. Həmin vaxt Zakari Ateka Enzli Meytlend-Naylsın, Kail Budaş isə Ernest Nuamanın yerinə meydana daxil olub.