"Atletiko" "Yuventus"un hücumçusu Conatan Devidin transferi ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Madrid klubu yeni hücumçu axtarışındadır və bu məqsədlə Turin təmsilçisi ilə 26 yaşlı futbolçunun transfer şərtləri barədə əlaqə saxlayıb. Hələlik "Atletiko"dan rəsmi təklif göndərilməyib, lakin klub rəhbərliyi mümkün transferin detallarını öyrənib. "Yuventus" isə yaxşı təklif olacağı halda Devidlə yolları ayırmağa hazırdır. Ötən mövsüm hücumçu A Seriyasında 35 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


