Fransalı vinger Musa Diabi "Al-İttihad"dan "Bayer Leverkuzen"ə keçməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, tərəflər 27 yaşlı futbolçunun transferi üçün razılığa gəlib. Müqavilənin məbləği 30 milyon avroya yaxın olacaq. Diabi alman klubu ilə 2031-ci ilə qədər müqavilə imzalamağa razılıq verib. Hazırda transferin son detalları dəqiqləşdirilir.
Qeyd edək ki, Musa Diabi 2019-2023-cü illər aralığında da "Bayer Leverkuzen"in formasını geyinib. Daha əvvəl "İnter"in də oyunçuya maraq göstərdiyi bildirilirdi.
Ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında Diabi 31 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.


