"Real Madrid"in baş məşqçisi Joze Mourinyo La Liqada "Real Sosyedad" üzərində 4:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Mourinyo rəqibin güclü komanda olduğunu və ilk hissədə onların ciddi problemlər yaratdığını bildirib. "Belə oyunlarda 20-ci və ya 25-ci dəqiqədə fasilə verib oyunçularla danışmaq istərdim. Qol epizodunda bizi hazırlıqsız yaxaladılar. Rəqib xüsusi təhlükə yaratmasa da, pressinq etmək çətin idi. İkinci hissədə dəyişikliklər etdik və sakitliyi qorumaq vacib idi. Konsentrasiyanı itirmədik və ikinci hissədə çox yaxşı oynadıq. Adətən fərdi oyunçular barədə danışmağı xoşlamıram, amma Kilian Mbappenin etdikləri... Bu, dəli bir şey idi. İnkar edə bilmərik ki, bizdə yüksək səviyyəli futbolçular var və onlar bir-birini dəstəkləyərək əla çıxış etdilər. Azarkeşlər birinci hissədəki məyusluğa baxmayaraq, futbolçuların əziyyətini qiymətləndirirlər", – deyə Mourinyo vurğulayıb.


