Matteo Genduzi Çempionlar Liqasının seçmə mərhələsində "Lion"a qarşı keçirilən cavab oyunundan sonra qalmaqala səbəb olub.

Offsideplus.az xəbər verir ki, Fransada baş tutan qarşılaşmada "Fənərbağça" 2:1 hesabı ilə qalib gəlib. Matçın final fitindən sonra 27 yaşlı fransalı yarımmüdafiəçi meydanda qələbəni coşqu ilə qeyd edib. O, tribunaya yaxınlaşaraq "İrəli, Marsel!" şüarını səsləndirib və azarkeşlərə qarşı qeyri-etik jest göstərib. Daha sonra Genduzi və komandaların üzvləri arasında tunelə gedərkən insident yaşanıb.

Qeyd edək ki, qarşılaşmadan öncə də "Lion" azarkeşləri Genduzini təxribata çəkib, futbolçu isə onlara orta barmaq göstərib.