"Barselona" La Liqanın birinci turunun təxirə salınmış oyununda "Atletik"lə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, görüş "Kamp Nou" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, katalonlar ilk turda "Elçe"ni 5:0 hesabı ilə darmadağın edib.


