"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Kilian Mbappenin bir mövsümdə 60 qol vurub-vura bilməyəcəyi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, La Liqada "Real Sosyedad"a qarşı keçirilən oyunda Mbappe het-trik edib və "Real Madrid" 4:1 hesabı ilə qalib gəlib. Mourinyo bildirib: "Kilian inanılmaz futbolçudur. Onun neçə qol vuracağını – 40, 50, ya da 60 – deyə bilmərəm. Mən titul qazandıran 40 qolu, titulsuz 60 qoldan üstün tuturam. Komanda üçün daha çox çalışan və 40 qol vuran futbolçu, yalnız özünü düşünərək 60 qol vuran hücumçudan daha dəyərlidir. Kiliandan çox razıyam. Onun ustalığı barədə danışmağa ehtiyac yoxdur, amma komandanın inkişafına verdiyi töhfə, məsuliyyəti üzərinə götürməsi və əzmkarlığı xüsusi qeyd olunmalıdır. O, komandanın düşərgəsinə iki gün əvvəl qoşulub – bu, yalnız müsbət haldır. Onu meydanda 90 dəqiqə saxladım, dördüncü qolu vuracağına ümid edirdim. Vinisius qol vurduqdan sonra isə dərhal əvəzləmə qərarı verdim".

Qeyd edək ki, Mourinyo "Santyaqo Bernabeu"ya qayıtdığı bu oyunda "Real Madrid" 4:1 hesabı ilə qalib gəlib, Mbappe isə het-trik müəllifi olub, Cud Bellinqem də fərqlənib.