"Real Madrid"in kapitanı Serxio Yul yeni mövsümdən gözləntilərini bölüşüb. 38 yaşlı basketbolçu yaxınlarda klubla müqaviləsini bir il müddətinə uzadıb və Madrid təmsilçisində 20-ci mövsümünə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Yul əsas məqsədinin komandaya kömək etmək və gənc oyunçular üçün nümunə olmaq olduğunu bildirib. "Məqsədim komandama dəstək olmaq və hər gün yeni oyunçulara, gənc basketbolçulara örnək göstərməkdir", – deyə o vurğulayıb. Kapitan həmçinin qarşıdakı mövsüm üçün kollektivin hədəflərini də açıqlayıb: "İştirak etdiyimiz hər turnirin finalına çıxmaq və onu qazanmaq ümumi məqsədimizdir. Qısa müddətdə isə yeni oyunçulara uyğunlaşmaq, onların isə 'Real Madrid'in bir parçası olmağın nə demək olduğunu anlaması vacibdir", – deyə Yul əlavə edib.


