"Real Sosyedad" "Barselona"nın gənc müdafiəçisi Ektor Fortun transferi ilə bağlı tam şifahi razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, sövdələşmə 8 milyon avro dəyərindədir.
Müqaviləyə gələcək satışdan 50% pay daxil edilib. Eyni zamanda, "Barselona" futbolçunun gələcəyinə nəzarət etmək məqsədilə təxminən 20 milyon avro məbləğində geri alma hüququna sahib olacaq.


