“Qarabağ” sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Tvente”ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Niderland təmsilçisinin futbolçusu Rüd Neystad qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Son oyunda kifayət qədər səhvlər etmişdim. Topu oyuna daxil edərkən də səhvlərimiz oldu. Ümid edirəm ki, bu matçda belə səhvlərə yol verməyəcəyik. Avropada oynamaq kifayət qədər çətin və maraqlıdır. Sabah əlimizdən gələni edəcəyik ki, yolumuza davam edə bilək. Çox istəyirik ki, qələbə qazanaraq Konfrans Liqasında mübarizəmizi davam etdirək”.

Qeyd edək ki, görüş sabah saat 20:00-da başlayacaq.