Litvada təlim-məşq toplanışında olan “Sabah” ilk matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyununda təmsilçimiz Litvanın “Yuventus” klubu ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 89:84 hesablə qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Juventus Utena” yeni mövsümdə Basketbol Çempionlar Liqasında mübarizə aparacaq.