Türkiyə nəhəngi "Qalatasaray" transfer pəncərəsinin son günlərində Avropa futbolunu sarsıdacaq keçid üçün bütün imkanlarını səfərbər edib.

Offsideplus.az xəbər verir ki, Sarı-qırmızılılar "Milan"ın portuqaliyalı ulduz cinah hücumçusu Rafael Leao məsələsində anlaşmaya çox yaxlaşıblar.

  • Təklif olunan məbləğ: İstanbul klubu "Milan"a 45 milyon avro + bonuslar şəklində rəsmi təklif təqdim edib. İtaliya təmsilçisi ümumilikdə 50 milyon avro civarında tələb irəli sürülsə də, tərəflər arasında danışıqlar intensiv şəkildə davam edir.

  • Şəxsi şərtlər: "Qalatasaray" rəhbərliyinin futbolçunun düşərgəsi ilə şəxsi şərtlər (mətbuatda yazılanlara görə mövsüm başına 12 milyon avro qarşılığında 4 mövsümlük müqavilə) üzrə razılıq əldə etməyə çox yaxın olduğu bildirilir.

  • Rəqabət: İngiltərə Premyer Liqası klublarının da yaxından maraqlandığı Leao üçün "Qalatasaray" bu transferi bitirməyə və heyətini dünya səviyyəli ulduzla gücləndirməyə çalışır.