"Sabah" basketbol klubu yeni transferini açıqlayıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Mindauqas Susinskası heyətinə cəlb edib.
Onunla 2 illik müqavilə imzalanıb.
204 sm boyunda olan litvalı forvard karyerası ərzində "Alytaus Dzūkija", "Prienai", "NINERS Chemnitz" və son olaraq İspaniyanın "Bàsquet Girona" komandalarının formasını geyinib.
Qeyd edək ki, M.Suşinskas Almaniya təmsilçisinin heyətində FIBA Avropa Kubokunda orta hesabla 11,3 xal, 4 ribaund və 2,5 məhsuldar ötürmə ilə çıxış edib. Basketbolçu son 3 mövsümü İspaniyanın ACB Liqasında keçirib.


