"Milli komandaların oyunları ilə əlaqədar yaranan 10 günlük fasilə tonus və temp baxımından basketbolçulara yaxşı təsir etmir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis deyib.
Mütəxəssis Basketbol Liqasının 18-ci turunda “Şəki”yə qarşı keçirdikləri matçdan sonra fikirlərini bölüşüb:
“Biz oyunçularımıza istirahət edib bərpa olunmaları üçün zaman verdik. Daha sonra isə məşqlərə başladıq. Yol yorğunluğu oyunumuza təsir etsə də, qələbə qazanmağı bacardıq".
“Şəki”nin baş məşqçisi Bedri Meriç isə komandasının göstərdiyi mübarizədən razı qaldığını bildirib:
“Pley-off yaxınlaşdıqca həm Kubokda, həm də bu gün çempionatın güclü komandalarına qarşı yaxşı basketbol oynamışıq. Bu bizə qarşıdakı hədəf matçlarımız üçün motivasiya verir.
Bugünkü matça təfsilatı ilə yanaşsam, rəqib onlara verdiyimiz hücum ribaundları və bunun qarşılığında 2-ci şans xalları ilə matçda qalib gəldi. Rəqibimizi təbrik edirik, yolumuza davam edirik”.
Qeyd edək ki, “Sabah” - “Şəki” matçı birincilərin 107:82 hesablı qələbəsi ilə yekunlaşıb.


