“Şəki”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Kubokundakı çıxışları və bugünkü matç barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Meriç bildirib ki, Kubokdakı uğurlu çıxışa görə bugünkü oyunu ayrıca şərh etmək istəmir:

“Şəki" üçün Azərbaycan Kubokunda olduğumuz yeri uğurlu bildiyim üçün bugünkü matçla bağlı danışmaq istəmirəm. Kubokda qalib gəldiyimiz matç və bugünkü matçın ilk hissəsində yaxşı oynayan bütün oyunçularımla qürur duyuram. Kubok macərası bitdi. Qısa bir ara verib, artıq pley-off matçlarına hazırlanacağıq.”

Baş məşqçi komandası ilə qürur duyduğunu və növbəti mərhələlərə fokuslandığını vurğulayıb.