"Şəki" sabiq basketbolçusu Aleks Koldvelli yenidən transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

A. Koldvell ötən ilin fevralında ailəvi problemlərinə görə bölgə təmsilçisindən ayrılmalı olmuşdu. O, komandanın kapitanlarından idi.