Nigeriyalı hücumçu Salim Faqo Laval Azərbaycanın nəhəngi “Qarabağ”a transfer olunmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, Lavalın hazırkı klubu Xorvatiyanın "NK İstra 1961" komandası transfer üçün 2 milyon avro alacaq. Keçidin növbəti bir neçə gün ərzində rəsmiləşməsi gözlənilir.
23 yaşlı oyunçu "Mavlon" Akademiyasından "NK İstra"ya keçidini iki ildən az müddət əvvəl gerçəkləşdirib. Bu mövsüm "NK İstra"da bütün turnirlərdə 19 oyunda 5 qol və 2 assistlə yadda qalıb.
Laval, həmçinin, 2025-ci il Afrika Millətlər Kubokunda Nigeriya komandasında yer alıb və turnirdə bir oyunda çıxış edib. O, əvvəllər Nigeriya U-20 səviyyəsində də milli komandada təmsil olunub.


