Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışların proqramı aşağıdakı kimidir:

  • 3–7 fevral: U-20 yaş qrupu üzrə sərbəst və yunan-Roma güləşi çempionatı.

  • 8 fevral: U-15 və U-17 yaşlı qızlar arasında ölkə birinciliyi.

  • 9–13 fevral: U-17 yaş qrupu üzrə sərbəst və yunan-Roma güləşi çempionatı.

Gəncə İdman Sarayında baş tutacaq bu 11 günlük marafon Dünya Güləş Birliyinin (UWW) rəsmi qaydaları əsasında idarə olunacaq. Ədaləti qorumaq üçün xalçada yerli hakimlərlə bərabər, xaricdən gəlmiş ən yüksək dərəcəli (I-S) referilər də olacaq.

Çempionatlarda ilk "üçlük"də yer alan idmançılar müvafiq milli komandaların tərkibini formalaşdıracaqlar.

Qeyd edək ki, U-20 Azərbaycan çempionatının açılış mərasimi fevralın 3-də, U-17 yaş qrupunda isə fevralın 9-da olacaq. Gəncə İdman Sarayı ötən il güləş üzrə U-15 ölkə birinciliyinə də ev sahibliyi edib.