Azərbaycan yığmasının üzvü Nigar Mirzəliyeva karyerasını Almaniyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, o, "Hamburq" klubuna transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

N. Mirzəliyeva "Hamburq"la 2.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, o, son olaraq "Zenit"də çıxış edirdi.

Bundesliqada mübarizə aparan "Hamburq" 14 komanda arasında 7 xalla 13-cü yerdədir.