Naxçıvan” BK-nın baş məşqçisi Nikola Bozinoski “Sərhədçi” ilə oyundan sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, zədələr səbəbindən komandada fərqli ilk beşliklə start verdiklərini bildirib:

“Görüşün əvvəlində istədiyimiz oyunu sərgiləyə bilmədik, amma daha sonra geridönüş etməyi bacardıq. Hər iki komandanın hücumda inamsız təsir bağışlaması hesabda da özünü göstərdi.

Uzun oyunçu mövqeyinə transferin növbəti həftəyə qədər reallaşmasını ümid edirik. Hazırda 2–3 seçim üzərində dayanmışıq və sonda komandamız üçün ən uyğun olanını heyətə qatacağıq”, — deyə Bozinoski əlavə edib.