Misli Premyer Liqasının 17-ci turunda "İmişli" evdə "Araz-Naxçıvan" ilə 2:2 hesablı heç-heçə etdi.

Offsideplus.az xəbər verir ki, aran təmsilçisi çempionatda 17 turun geridə qalmasına baxmayaraq evdə keçirdiyi oyunlarda qalib gəlməyi bacarmayıb.

Misli Premyer Liqasında ilk 2 ev oyununu Şamaxı şəhərində keçirən "İmişli" çempionatın açılış turunda "Turan Tovuz"a məğlub olmuş, 2-ci turda isə "Neftçi" ilə "sülh"ə razı olmuşdu.

Bundan sonra kollektiv Quba şəhərində məskunlaşıb. Quba OİK-nin stadionunda keçirdiyi 6 oyundan 2-də məğlub olan "pələnglər" 4 görüşdə heç-heçə edib.

Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasının 18-ci turunda "Qəbələ"nin qonağı olacaq.