"Sərhədçi" Azərbaycan Basketbol Liqasında "Naxçıvan"a 57:65 hesabla məğlub olub.

Offsideplus.az xəbər verir ki, “Sərhədçi”nin baş məşqçisi Anar Sarıyev məğlubiyyəti şərh edib:

“Oyuna yaxşı başladıq. İlk yarıda müdafiədə inamlı idik və rəqib cəmi 33 xal toplaya bildi. Lakin hücumda istədiyimizi göstərə bilmədik. Məncə, daha yaxşı oynayıb xal fərqi yarada bilərdik.

Oyun ərzində əsas heyət üzvlərimizdən Mark Vance zədə aldı və bu da matçın gedişinə təsir göstərdi. Son periodla bağlı isə hakimlərə müraciət etmək istəyirəm. Çünki çox sadə səhvlər buraxırlar və bu, məşqçi olaraq məni narahat edir.

Baxmayaraq ki, bizim də səhvlərimiz var idi, lakin Nicat Nəsirova durduğu yerdə 4-cü foulu verilməsi narahatedici məqam oldu. Bundan sonra o, müdafiədə normal çıxış edə bilmədi. Hücum zamanı olan faullara isə hakimlər reaksiya vermirdilər. Açıq şəkildə oyuna nəzarəti itirmişdilər.

Baş hakimlərdən xahiş edirəm ki, digər hakimlərə səhvlərini göstərsin və daha diqqətli olmalarını tapşırsınlar”.