Azərbaycan Basketbol Liqasının (ABL) XIV turunda bu gün bir qarşılaşma baş tutub.
Offsideplus.az xəbər verir ki, "Sabah" "Gəncə"nin qonağı olub.
"Bayquşlar" rəqibini çətinlik çəkmədən məğlub edib - 101:77.
Görüşün ən məhsuldar oyunçusu bölgə təmsilçisinin üzvü Delano Spenser olub. O, 27 xalla çıxış edib.
A qrupunda mübarizə aparan komandalardan "Sabah" 25 xalla 1-ci, 18 xala malik "Gəncə" isə üçüncüdür.


