Misli Premyer Liqasında qış fasiləsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, bu gün "Şamaxı" "Qəbələ"ni qəbul edib.

"Qırmızı-qaralar" heç də özünü qonaq kimi aparmayıb və inamlı qələbə qazanıb - 4:0.

"Şamaxı" 20 xalla 8-ci pillədəki yerini qoruyub.

"Qəbələ" isə bir sıra yüksəlib. Onlar 11 xalla 10-cu yerdədir.

Qeyd edək ki, Kaxaber Tsxadadzenin komandası rəqiblərindən bir oyun az keçirib. Onların "Turan Tovuz"la matçı qatı dumana görə təxirə salınıb.

Misli Premyer Liqası, XVII tur

24 yanvar (şənbə)

14:00 “Şamaxı” – “Qəbələ” 0:4

Qollar: D.Massumo, 45, İ.Amoah, 46, İ. Akinade, 81, Fərid İsgəndərov, 90+4.

“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa

Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 3. Eduardo Kunde, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu

Baş məşqçi: Kaxaber Tsxadadze

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Şamaxı şəhər stadionu