Azərbaycan Kubokunun 2024/25 mövsümü oktyabrın 12-də start götürəcək.

Offsideplus.az xəbər verir ki, turnir ötən mövsümdəki formatda keçiriləcək.

I təsnifat mərhələsində yalnız II Liqa klublarının iştirak edəcək. 14 komandadan 7-si turu adlayacaq.

II təsnifat mərhələsində onlara I Liqa klubları və Premyer Liqanın 5 təmsilçisi qoşulacaq. Elitanin digər beş komandası 1/8 finalı gözləyir.

Kubokun finalı iyunun 1-də baş tutacaq.

Azərbaycan kuboku

2024-cü il

12-13 oktyabr

1-ci təsnifat mərhələsi

29-30 oktyabr

2-ci təsnifat mərhələsi

3-4 dekabr

1/8 final

2025-ci il

5-6 fevral

1/4 final, ilk oyunlar

27-28 fevral

1/4 final, cavab oyunları

2 aprel

1/2 final, ilk oyunlar

23 aprel

1/2 final, cavab oyunları

1 iyun

Final