Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, həlledici görüşdə cari mövsümdə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" çempionatın 2-cisi "Zirə" ilə qarşılaşıb. "Liv Bona Dea Arena"da oynanılan görüş saat 20:00-da başlayıb.

2:1 hesabı ilə "qartallar"ı məğlub edən "Qarabağ" tarixində 8-ci dəfə Azərbaycan kubokunu qazanıb.

Qeyd edək ki, final görüşündən əvvəl - saat 19:00-da konsert proqramı olub. Konsert proqramında xalq artisti Aygün Kazımova çıxış edib.

Azərbaycan kuboku, final

20:00. "Qarabağ" - "Zirə" 2:1 

Qollar: Juninyo, 42. Abdullah Zubir, 62. - İsmayıl İbrahimli, 57.

"Liv Bona Dea Arena"