İrlandiyalı sürücü Kreyq Brin qəza nəticəsində vəfat edib. 

Offsideplus.az xəbər verir ki, Xorvatiyada keçiriləcək ralli yarışından öncəki test yürüşlərində ağır qəza keçirən sürücü, dünyasını dəyişib.

Qeyd edək ki, Brin 2009-cu ildən ralli yarışlarına qatılıb, 2016-cı ildən etibarən yüksək liqada çıxış edirdi.